Cənubi Amerikada Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən Braziliya və Argentina matçında böyük çaşqınlıq yaşanıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, hadisələr Braziliyanın himni oxunarkən polisin argentinalı azarkeşlərə dəyənəklə hücum etməsindən sonra baş verib.
Bundan dərhal sonra Lionel Messi komandanı meydandan çıxarıb və vəziyyət sakitləşdikdən sonra komanda yenidən meydana çıxıb.
Braziliyanın dövlət himni oxunarkən Braziliya polisi dəyənəklə argentinalı azarkeşlərə hücum edib.
Bunun üzərinə Argentina millisinin qapıçısı Emiliano Martinez tribunaya tullanarkən polisə hücum edib.
Təxminən 20 dəqiqə sonra vəziyyət sakitləşsə də, xeyli azarkeş xəsarət alıb.
Qeyd edək ki, oyunda yeganə qolu Argentinanın müdafiəçisi Nikolas Otamendi vurub.
Beləliklə, Sambacılar ardıcıl 3-cü məğlubiyyətini alıb.
Mikayıl