Braziliya millisi və "Real" (Madrid) klubu ciddi itki ilə üzləşib.
AZXEBER.COM-un məlumatına görə, Braziliya millisinin müdafiəçisi Marselo Yaponiya ilə oyunöncəsi keçirilən məşqdə zədələnib.
Sağ ayağından zədələnən təcrübəli futbolçunun 3 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilir.Qeyd edək ki, daha öncə İraqla yoldaşlıq görüşündə qüvvəsini sınayan Braziliya millisi sabah Yaponiya ilə qarşılaşacaq.