"Mançester Siti”nin və Braziliya millisinin sabiq futbolçusu Joao Alves polis tərəfindən saxlanılıb.
AZXEBER.COM "report"a istinadən xəbər verir ki, 37 yaşlı hücumçu aliment ödəmədiyi üçün həbs olunub.
O, hazırda ölkəsinin aşağı liqa komandası olan "Amazonas”ın formasını geyinir. 2024-cü ilin əvvəlində sözügedən kluba transfer olunan futbolçu 6 oyunda meydana çıxıb və 1 qol vurub.
Qeyd edək ki, Joao Alves karyerası ərzində ÇSKA (Moskva), "Everton”, "Qalatasaray” və digər tanınmış kubların formasını geyinib.