Mano Menezeslə yollarını ayıran Braziliya millisinin yeni baş məşqçisi bəlli olub.
AZXEBER.COM-un məlumatına görə, Braziliya yığmasını bundan sonra Luis Felipe Skolari çalışdıracaq.
"Barselona"nın sabiq baş məşqçisi Pep Qvardiolanın Braziliya millisini çalışdırmaqdan imtina etməsindən sonra federasiya Skolari ilə anlaşıb. Skolari ən azı 2014-cü ildəBraziliyada keçiriləcək dünya çempionatının sonunaqədər baş məşqçi postunda qalacaq. Onun millidəki gələcək taleyi isə Braziliyanın mundialdakı çıxışından asılı olacaq.
Qeyd edək ki, Skolari 2002-ci ildə Yaponiya və Cənubi Koreyada keçirilən dünya çempionatında Braziliya yığmasına qızıl medalları qazandırmışdı.