Braziliya Prezidenti Çinə səfər edəcək

Braziliya Prezidenti Çinə səfər edəcək
DÜNYA
18:31 17.03.2023
281
Braziliya Prezidenti Luis İnasiu Lula da Silva 26-31 mart tarixlərində Çinə dövlət səfəri edəcək.

Bu barədə Çin Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Braziliya Prezidentinin Çin Xalq Respublikasının Sədri Si Cinpinin dəvəti əsasında səfəri zamanı keçiriləcək görüşlərdə ölkələrarası əlaqələr, ikitərəfli münasibətlər və regional məsələlər müzakirə ediləcək.
OXŞAR XƏBƏRLƏR