Bu gün FİFA U-17 qızlar arasında dünya çempionatında növbəti oyunlar keçirilib. C qrupunda Braziliya Yaponiya ilə qarşılaşıb. Heç kimin gözləmədiyi halda bu oyunda Braziliya millisi darmadağınla üzləşib. Yaponlar rəqibin qapısından 5 cavabsız top keçirib.
D qrupunda isə Uruqvayla Çin üz-üzə gəlib. Maraqlıdır ki, bu oyunda da Asiya təmsilçisi rəqibini darmadağın edib. Sadəcə yaponlardan fərqli olaraq çinlilər uruqvaylıları 4 dəfə meydanın mərkəzinə dəvət edib.
Braziliya – Yaponiya 0:5
Rika Masuya, 2 (0:1), Rika Masuya, 17 (0:2), Yui Narumiya, 49 (0:3), Nina Sugita, 63 (0:4), Yui Narumiya, 63 (0:5)
Uruqvay - Çin 0:4
Tanq Jiali, 23 (0:1), Janq Çen, 34 (0:2), Janq Çen, 41 (0:3), Lu Yueyun, 79