Braziliyada daşqınlarda ölənlərin sayı artdı

Braziliyada daşqınlarda ölənlərin sayı artdı
DÜNYA
11:57 26.02.2026
136
Minas Gerais ştatında leysan yağışların yaratdığı daşqın və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı artmaqda davam edir.

AZXEBER.COM xəbər verir ki, Juiz de Fora və Uba şəhərlərində baş verən təbii fəlakət nəticəsində ölənlərin sayı 46-ya çatıb, 21 nəfər isə itkin düşüb.

Yanğınsöndürmə idarəsinin açıqlamasına əsasən, ölənlərdən 40-ı Juiz de Forada, 6-sı isə Ubada qeydə alınıb. Hazırda itkin düşən 21 nəfərin axtarış-xilasetmə işləri davam etdirilir.

Məlumata görə, güclü yağışlar nəticəsində 3600 nəfər evlərini tərk etmək məcburiyyətində qalıb. Bölgədə infrastruktur ciddi zərər görüb, bir sıra yaşayış məntəqələrində elektrik və nəqliyyatla bağlı problemlər yaşanır.

Juiz de Fora bələdiyyəsi açıqlamasında bildirib ki, cari ilin fevral ayı şəhər tarixində ən yağışlı fevral kimi qeydə alınıb. Qeyd olunub ki, yağıntının miqdarı gözləniləndən iki dəfə artıq olub.

Hazırda bölgədə fövqəladə vəziyyət elan edilib və aidiyyəti qurumlar əhaliyə təhlükəsizlik qaydalarına riayət etməyi tövsiyə edir.
 
Gülay
OXŞAR XƏBƏRLƏR