Braziliyada məktəblərdə mobil telefonlar qadağan edilir

Braziliyada məktəblərdə mobil telefonlar qadağan edilir
DÜNYA
12:04 20.12.2024
168

Braziliyada Konqres tərəfindən qəbul edilən qanun təsdiqlənərsə, ibtidai və orta məktəblərdə mobil telefondan istifadə qadağan ediləcək.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, konqres səs çoxluğu ilə uşaq və gənclərin psixoloji sağlamlığına və təhsilinə mənfi təsirləri nəzərə alaraq, ibtidai və orta məktəblərdə mobil telefondan istifadəni qadağan edən qanunu qəbul edib.
Qayda Braziliya prezidenti Luiz İnasio Lula da Silva tərəfindən təsdiqlənərsə, ibtidai və orta məktəblərdə telefondan istifadəyə icazə verilməyəcək.
Mövzu ilə bağlı açıqlamasında Braziliyanın Təhsil Naziri Camilo Santana məktəblərdə mobil telefonlardan istifadənin məhdudlaşdırılmasının doğru qərar olacağını bildirib.
Locomotiva İnstitutu və QuestionPro tərəfindən keçirilən sorğuya görə, braziliyalı şagirdlərin 87 faizi məktəblərdə mobil telefondan istifadə edirlər.
 
Cəmalə

OXŞAR XƏBƏRLƏR