Braziliyada prezident seçkilərinin qalibi məlum oldu

Braziliyada prezident seçkilərinin qalibi məlum oldu
DÜNYA
11:30 31.10.2022
194

Braziliyada keçirilən prezident seçkilərinin qalibi məlum olub.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Braziliyada keçirilən prezident seçkilərinin ikinci turunda eks-prezident Luiz İnasio Lula da Silva 50,83 faiz səslə qalib gəlib.

2023-cü il yanvarın 1-də Bolsonarodan prezident postunu təhvil alacaq Lula bundan əvvəl iki dəfə bu vəzifədə olub və korrupsiya ittihamı ilə bir müddət həbs olunub.

Qeyd edək ki, İşçi Partiyasının ilk prezidenti Lula da Silva həmkarlar ittifaqı ilə həyata keçirdiyi sosial müavinətlər sayəsində təxminən 30 milyon braziliyalının yoxsulluqdan qurtulmasına kömək edərək braziliyalıların sevgisini qazanıb.

Ayşən

OXŞAR XƏBƏRLƏR