Braziliyada torpaq sürüşməsi baş verdi: 2 nəfər öldü, itkin düşənlər var

Braziliyada torpaq sürüşməsi baş verdi: 2 nəfər öldü, itkin düşənlər var
DÜNYA
16:48 01.12.2022
201

Braziliyanın Parana əyalətində güclü yağışın yaratdığı torpaq sürüşməsi nəticəsində 2 nəfər həyatını itirib, 15 avtomobil isə yerin altında qalıb. Səlahiyyətlilər 50 nəfərin itkin düşdüyünü bildirib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Braziliyanın cənubundakı Parana əyalətinin Quaratuba şəhərində güclü yağış fəlakətə səbəb olub. BR-376 avtomobil yolunun 200 metrlik hissəsində sürüşmə baş verib.

Yanğınsöndürmə idarəsinin verdiyi açıqlamada 30-50 nəfərin itkin düşə biləcəyi bildirilib. Bildirilib ki, rayonda polis, yanğınsöndürmə, mülki müdafiə qrupları və xilasedici itlərlə başlanan iş davam edir.

Onu da qeyd edək ki, güclü yağışlar sahilyanı yaşayış məntəqələrində də sel və daşqınlara səbəb olub. Rəsmi açıqlamaya görə, 500-dən çox evə ziyan dəyib.

Ayşən

 

OXŞAR XƏBƏRLƏR