Braziliyalı dünya çempionundan Çeçenistana şok ittihamlar

İDMAN
18:49 24.03.2011
1988

Azerisport.az xəbər verir ki, o, öz rəsmi saytında Çeçenistan prezidenti Ramzan Kadırovun komandasına qarşı oyun zamanı rastlaşdığı bir çox həqiqətləri bütün dünyaya açıqlayıb:

“Düzünü deyim ki, mən bu yoldaşlıq oyununa heç də pula görə getməmişdim. Bu matç mənim maliyyə vəziyyətimi qətiyyən dəyişmədi. Əksinə, San-Pauluda 2 saatlıq mühazirə oxumaqla orda aldığımdan daha çox pul qazanmış oluram. Mən sadəcə səfərdən bir neçə gün öncə öyrəndim ki, qarşılaşma Çeçenistanda keçiriləcək. Son dərəcədə qeyri-adi vəziyyətlə üz-üzə qalmışdıq. Axı mən Çeçenistan və Rusiya arasındakı müharibələrdən xəbərdar idim. Baxmayaraq ki, indi gərginlik elə də çox deyildi. Yalnız son anda başa düşdüm ki, bu qarşılaşma heç də idman baxımından yox, siyasi və populist xarakter daşıyır”.

Rai oyun ərəfəsində gördüyü digər məqamlara da xüsusi diqqət ayırıb: “Biz Qroznıya günün əvvəlində yetişdik və təmirə ehtiyacı olan bir teatra yollandıq. Bizi milli musiqi və rəqslər gözləyirdi. Hamı bizimlə mehriban və gülərüz davranırdı. Onda mənə elə gəldi ki, yerli əhali özünü çox yaxşı hiss edir. Yeri gəlmişkən, onların əksəri qadınlar idi. Çoxları mobil telefonları ilə çəkirdilər. Ancaq bütövlükdə Çeçenistanda əsl müharibə atmosferi var. Küçələrdə çox az adama rast gəlmək olur. Bütün bunlar mənə qəribə görünürdü. Yalnız sonradan bildim ki, müharibə zamanı şəhərin 98 faizi dağıdılıb”.

“Məndən xahiş edirdilər ki, tam gücümlə oynamayım. Guya matç əyləncə xarakteri daşıyır. Onların heyətində hətta Qullit, Matteus kimi keçmiş futbolçular yer alsa da, yenə bizimlə bərabərsəviyyəli oyun göstərə bilmirdilər. Qarşılaşmada yeganə kənar adam Çeçenistan prezidenti idi ki, heç vaxt peşəkar futbolla məşğul olmamışdı. Mən ora getməklə ağılsızlıq etdim. Ancaq istənilən halda böyük dərs aldım. Ən azı Rusiya və Çeçenistan arasındakı siyasi proseslərdən az-çox xəbərdar oldum”.

 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

05:57 07.02.2025

BMT USAID-ın bağlanması barədə: ABŞ rəhbərliyi ilə konstruktiv dialoqa sadiqik

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir