Brazilyalı fenomen Hüseynin ifasıyla "Azərbaycan" mahnısını paylaşıb

Brazilyalı fenomen Hüseynin ifasıyla "Azərbaycan" mahnısını paylaşıb
SOSİAL
18:50 27.08.2026
451
Milyonlarla izləyicisi olan brazilyalı sosial şəbəkə fenomeni Gariqato Araras  azərbaycanlı klarnet ifaçısı Hüseyn Məmmədoğlunun canlı ifasını əks etdirən videonu şəxsi hesabında paylaşıb. 

AZXEBER.COM xəbər verir ki, paylaşım qısa müddət ərzində minlərlə baxış və bəyənmə toplayaraq sosial şəbəkələrin həm yerli, həm də xarici seqmentində trendə çevrilib.

​Brazilyalı bloggerin paylaşdığı videoda milli musiqi motivlərimiz əsasında Azərbaycan mahnısı yer alıb. 

Videonun şərh bölməsində müxtəlif ölkələrdən olan izləyicilar Azərbaycan musiqisinin özünəməxsusluğuna və Hüseyn Məmmədoğlunun peşəkar ifasına heyranlıqlarını ifadə ediblər.

​Mədəniyyətlərarası körpü rolu oynayan bu viral paylaşım Azərbaycan milli musiqi sənətinin beynəlxalq platformalarda təbliğinə növbəti uğurlu töhfə kimi qiymətləndirilir.
OXŞAR XƏBƏRLƏR