Ağır çəki dərəcəsində yarışan braziliyalı MMA döyüşçüsü Bruno Kappelozza antidopinq qaydalarını pozduğuna görə bir il müddətinə diskvalifikasiya olunub.
Bu ilin aprelində ondan götürülmüş sidik nümunəsində qadağan olunmuş maddələr tapılıb.
İdmançı yalnız 2025-ci ilin aprelində rinqlərə qayıda biləcək.
Qeyd edək ki, B.Kappelozza artıq ikinci dəfədir ki, dopinq testindən keçə bilmir. İlk dəfə 2023-cü ildə orqanizmində qadağan olunmuş maddə tapılan braziliyalı idmançı 9 aylıq diskvalifikasiya edilmişdi.
///report