Braziliyalı model Ukraynadan foto paylaşdığı üçün hədələndi - FOTO

Braziliyalı model Ukraynadan foto paylaşdığı üçün hədələndi - FOTO
DÜNYA
23:06 04.06.2022
761
Məşhur model Ukraynaya dəstək şəkil paylaşdığına görə, ölümlə təhdid edilib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Rusiyanın Ukraynaya hücumlarının 101-ci günü geridə qalarkən, braziliyalı model Liziane Gutierrez paylaşdığı foto ilə gündəm olub.
 
Gənc modelin paylaşımına xüsusilə rus millətçiləri reaksiya verib.

Alt paltarı və bikini markaları üçün kamera qarşısına keçərək pul qazanan Gutierrez "İnstagram”da paylaşdığı fotoda Ukraynada ağır zədələnmiş rus tankının üstündə poz verib. Bir milyondan çox izləyicisi olan Gutierrezin fotosu cəmi 5 dəqiqə ərzində paylaşma və bəyənmə rekordu qırıb.
 
İngilis mediasına açıqlama verən Gutierrez ona qarşı təhdidlərin olduğunu deyib:

"Mənə çoxlu təhdidlər gəlir. Bəzi istifadəçilər "sizi izləyəcəyəm” deyərək mənə hədə-qorxu gəlir, bəziləri isə deyir ki, "Ukraynada öləcəyinizə ümid edirəm”.

Qeyd edək ki, mayın ortalarında Ukraynaya gedən Gutierrez o vaxtdan bəri ölkənin müxtəlif bölgələrində yardım layihələrində iştirak etdiyini bildirib.
 
Ayşən
 

 


OXŞAR XƏBƏRLƏR