Braziliya, Uruqvay və Kolumbiyanın 17 yaşlı qadınlardan ibarət yığma komandası Azərbaycanda keçiriləcək FİFA U-17 qadınlararası dünya çempionatına vəsiqə qazanıblar.
AZXEBER.COM-un AFFA-ya istinadən verdiyi xəbərə görə, Cənubi Amerika üzrə seçmə mərhələnin oyunları Boliviyada keçirilib.
Daha əvvəl Asiya qitəsindən Çin, Şimali Koreya və Yaponiya yığmaları da DÇ-2012-yə vəsiqə qazanmışdı. Azərbaycan yığması isə dünya çempionatında ev sahibi statusu ilə çıxış edəcək.
FİFA U-17 qadınlararası dünya çempionatı bu il Azərbaycanda sentyabrın 22-dən oktyabrın 13-dək keçiriləcək.