Braziliyanın güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində 12 nəfər ölüb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Rio-de-Janeyro bələdiyyə başçısı Marselo Krivella mətbuata verdiyi açıqlamada bəzi şəhərlərdə 25 min insanın təxliyə edildiyini və axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib.
Bələdiyyə sədri bir həftədir davam edən leysan nəticəsində 12 nəfərin öldüyünü də qeyd edib.
Magistral yolların və onlarla evin su altında qaldığını bildirən sədr təbii fəlakətlə bağlı ötən həftə fövqəladə vəziyyət elan etdiklərini deyib.
Günel