Bred Pit görənləri şoka saldı: Əlil arabasında... - FOTO

Bred Pit görənləri şoka saldı: Əlil arabasında... - FOTO
MAQAZİN
16:51 21.04.2021
726
Məşhur aktyor Brad Pitt dişini müalicə etdirmək üçün xəstəxanaya gedərkən görüntülənib. 

AZXEBER.COM Qərb mətbuatına istinadən xəbər verir ki, xəstəxanadan əlil arabası ilə çıxan aktyorun görüntüsü pərəstişkarlarını narahat edib. 

Digər tərəfdən Bred Pittin bu vəziyyəti baş rolda çəkildiyi məşhur "Benjamin Button" filmindəki xarakteriylə müqayisə edilib.

57 yaşındakı aktyor Beverly Hillzdəki xəstəxanadan arabada çıxarkən jurnalistlər tərəfindən görüntülənməmək üçün dərhal avtomobilinə mindirilib. 

Eynək taxan Bred Pittin ağır xəstə olduğu iddia edilib. 

Məşhur aktyorun COVİD-19 başda olmaqla hər hansı ciddi sağlamlıq probleminin olub-olmadığı mübahisə mövzusuna çevrilib. 

Lakin xarici xəbər qaynaqlarından biri aktyorun ciddi sağlamlıq probleminin olmadığını qeyd edərək, sadəcə diş həkiminə getdiyini vurğulayıb. 

Qeyd edək ki, 25 apreldə keçiriləcək olan Oskar Mükafatı mərasimində aktyorun aparıcılıq edəcəyi gözlənilir. 

Nərmin Məmmədli
 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR