Bred Pitdə ciddi beyin xəstəliyi aşkar olundu

MAQAZİN
14:42 24.05.2013
1629

Məşhur amerikalı aktyor Bred Pitt etiraf edib ki, həkimlər onda ciddi beyin xəstəliyi olan prozopaqniziya aşkar ediblər.

Bu xəstəlik nəticəsində insan ətrafındakıların simasını fərqləndirmək qabiliyyətini itirir.AZXEBER.COM Rusiya mətbuatına istinadən xəbər verir ki, həkimlər xəstəliyin həm sonradan qazanılan, həm də anadangəlmə olduğunu hesab edirlər.Pittin özü isə bildirir ki, artıq xeyli müddətdir bir çox tanışları onları tanımadığına görə aktyordan inciyirlər. İnsanlar hesab edirlər ki, bu onun tərəfindən bir hörmətsizlik əlamətidir. Aktyorun sözlərinə görə, məhz buna görə, adam arasına çıxmağı azaldıb. “Mən məhz buna görə evdə otururam”, - deyə Pitt bildirib. Yaxın vaxtlarda o müayinədən keçmək niyyətindədir.

OXŞAR XƏBƏRLƏR