Bred Pitt real yarışa qatılaraq "Formula 1" filmini çəkəcək

Bred Pitt real yarışa qatılaraq "Formula 1" filmini çəkəcək
DÜNYA
16:12 25.04.2023
178
Dünya şöhrətli amerikalı aktyor Bred Pitt bu yay "Formula 1" filmi üçün çəkilişlərə başlayır.
 
AZXEBER.COM xəbər verir ki, bu barədə "The Sun" qəzeti yazıb. Filmin rejissoru Cozef Kosinskdir. Filmin çəkilişi real "Formula 1" yarışlarında həyata keçiriləcək. 
 
Nəşr bildirib ki, Pitt bu yay "Formula 1" filmini çəkmək üçün Britaniya Qran-Prisində ingilis pilot Lyuis Həmiltonla yarışacaq.

Qeyd edək ki, "Formula 1” filmi əsl yarışla çəkilən ilk film olacaq.

Rejissor Cozef Kosinskinin və məşhur britaniyalı yarış pilotu Lyuis Hamiltonun prodüseri olduğu Damson İdris və amerikalı aktyor Bred Pittin baş rollarda çəkildiyi "Formula 1” filminin çəkilişləri bu ilin yayında başlayır. 

Ayşən
OXŞAR XƏBƏRLƏR