Brillant Dadaşova bu gənc bəstəkarın mahnısını ifa etdi - VİDEO

Brillant Dadaşova bu gənc bəstəkarın mahnısını ifa etdi - VİDEO
MAQAZİN
15:38 21.01.2026
350

Azərbaycan Bəstəkarlar ittifaqının üzvü, gənc bəstəkar-ifaçı Aydan Əliyeva yenilikləri haqda danışıb.

O AZXEBER.COM-a açıqlamasında qeyd edib ki, müəllifi olduğu "Gəl" adlı mahnısını xalq artisti Brilyant Dadaşova ifa edib. 

Aydan bildirib ki, xalq artistinin onun mahnısını ifa etməsi ən böyük arzularından biri olub:

"Xoşbəxt bəstəkaram ki, gənc yaşımda xalq artistləri, Əməkdar artistlərlə çalışıram mahnılarımı ifa edirlər. 6 ildir ki, Brilyant xanım üçün mahnı yazmaq istəyirdim, düşünürdüm ki, necə bir mahnı yazım ki, bəyənsin oxusun. Nəhayət təsadüfən keçən il bir musiqiyə qulaq asırdım birdən elə həmin musiqi nəticəsində ağlıma belə bir söz gəldi və mahnının adı "Gəl..." oldu. 

Əsl sevgi həb kimidir ömürlük çidar edər,
Ayrılıqlar ölümə betər, adamı ahuzar edər
İndi sən də tutulmusan bu ömürlük xəstəliyə
Gəl ey aşiq qurtar onu yoxsa özünə qəsd edər
Gəl intizarda qoyma məni,etmə günah gəl
Bu sevgini gözü yaşlı qoyma dərbədər  ..

Elə ürəyimdə tutdum ki, dəyərli sənətkarımız bunu bəyənəcək. Brilyant xanımın son vaxtlar oxuduğu mahnıları dinləmişdim deyə hiss etdim ki müəllifi olduğum bu mahnını qəbul edəcək. Elə də oldu, göndərdim, mənə geri dönüş edərək bəyəndiyini və bunu oxuyacağını bildirdi. Brilyant xanım mahnını aparıcı Tolikin "Tarixin bir günü" verlişində təqdim etdi.

Onu da deyim ki, Brilyant xanım o qədər yüksək istedad sahibidir ki, özü də mahnıya 2-ci bəndi əlavə etdi. Beləliklə "Gəl" adlı mahnının musiqisi mənə, sözləri Brilyant Dadaşova və mənə, aranjimanı isə Anar Keytermana məxsusdur. Brilyant xanıma təşəkkür edirəm ki, gənclərə bu cür dəyər verir". 

Qeyd edək ki, Aydan Əliyeva bu yaxınlarda öz ifasında müəllifi olduğu "Çağırdım" adlı mahnısını dinləyicilərinə təqdim edib.

Aydan Əliyeva bir sıra tanınmış müğənnilərin ifasında səslənən mahnıların müəllifidir.

1. Mahnılar və Sən - Nazpəri Dostəliyeva & Nihat Məlik
2. Gözəl Azərbaycan - Lalə Məmmədova
3. Zəfər günü - Elnarə Xəlilova
4. Mənə bax - Aygül Arzum
5. Tutulmuşam - Rövşən Əziz
6. Gəlmədin - Firuzə Babayeva
7.Gəlinimiz - Firuzə Babayeva
8. Dünya - Gülyaz Məmmədova
9. Zəfər marşı - Aygül Arzum
10. Xatirə - Gülyanaq Məmmədova 

OXŞAR XƏBƏRLƏR