Aparıcı Mətanətin verilişində qonaq olan Tolik xalq artisti Brilliant Dadaşovanı yalançılıqda ittiham etməklə bərabər onun Türkiyədə heç bir uğur qazanmadığını və illərini boş yerə itirdiyini söyləyib.
Xalq artisti Brilliant Dadaşova isə Tolikin bu açıqlamalarının əslində onu heç qıcıqlandırmadığını və 21 il ərzində Türkiyədə bir çox uğurlar qazanaraq türk telekanallarının onu aparıcılığa dəvət elədiyini də qeyd edib.
Xalq artisti daima əsl sənətkarla çalışdığını, onların sözlərini önəmsədiyini və siçan, siçovulla vaxtını itirməyəcəyini açıqlayıb.