Brilliant Dadaşova “TRT”də qonaq oldu

MAQAZİN
11:15 08.04.2014
1023
Xalq artisti Brilliant Dadaşova Türkiyənin “TRT” kanalının qonağı olub.
AZXEBER.COM-un məlumatına görə, müğənni sənət dostu, dünya şöhrətli balaban ustası Alihan Səmədovla birgə kanalın “Yenigün” proqramında çıxış edib. Proqramda bir neçə xalq və bəstəkar mahnılarını ifa edən xalq artisti türklərin anonim kimi "Mavi boncuk" adıyla təqdim etdikləri "Qal, sənə qurban" mahnısını Azərbaycan dilində ifa edib və tamaşaçılara mahnı haqda məlumat verib.
Qeyd edək ki xalq artisti məhz Türkiyə televiziya məkanında ilk çıxış edən müğənni olub. 1992 ci ildən davamlı olaraq Türkiyə televizyalarına və konsertlərinə dəvət alan xanım Dadaşova demək olar ki, bütün çıxışlarında Azərbaycan xalq mahnılarını ifa etməklə musiqimizin təbliğatında fəal iştirak edir.
OXŞAR XƏBƏRLƏR