Brilliant Dadaşovadan cəsarətli yenilik - VİDEO

MAQAZİN
13:22 09.10.2024
407
Xalq artisti Brilliant Dadaşova üç hitinə yeni nəfəs verib.

AZXEBER.COM xəbər verir ki, estrada ulduzu "Yarımgilə”, "Səninləyəm”, "Yalvarıram” adlı mahnılarını yenidən ifa edib.
 
Bunun üçün kamera qarşısına keçən estrada ulduzunun hollivudsayağı imici diqqət çəkib.
 
Görüntülərdə Dadaşova iki fərqli saç rəngi ilə sevənlərinin qarşısına çıxıb.

Qeyd edək ki, "Yarımgilə”nin sözləri bayatılardan götürülüb, musiqisi Cavanşir Quliyevə məxsusdur. "Səninləyəm”in sözləri Vüqar Əhmədin, musiqisi mərhum bəstəkar Nailə Mirməmmədlinindir. "Yalvarıram” hitinin isə sözləri Sabir Rüstəmxanlıya, musiqisi Gülərə aiddir.
 

OXŞAR XƏBƏRLƏR