Xalq artisti Brilliant Dadaşova yeni mahnısını sevənlərinə təqdim edib.
AZXEBER.COM-un məlumatına görə, o sözləri Cəlal Qurbanova, musiqisi Xanım İsmayılqızına məxsus olan “Yoruldum” mahnısını ifa edib. Lentə alınan yeni bəstə sosial şəbəkələrdə və radio dalğalarında ən çox səslənən və paylaşılan mahnılardandır.
Xatırladaq ki, B.Dadaşovanın “Yoruldum” mahnısının sözlərini yazan C.Qurbanov, Zülfiyyə Xanbabayevanın ifasında sevilən “Sən Azərbaycanlısan” mahnısının da müəllifidir.
B.Dadaşovanın “Yoruldum” adlı mahnısını təqdim edirik: