Britaniya AB-ni tərk edir - Referendumun nəticəsi açıqlandı

Britaniya AB-ni tərk edir - Referendumun nəticəsi açıqlandı
SİYASƏT
10:28 24.06.2016
1169
Böyük Britaniyanın Avropa İttifaqından çıxmasına dair referendumun nəticələri bəlli olub.
Birləşmiş Krallığın ittifaqdan ayrılmasının tərəfdarları qələbə qazanıblar. Məlumata görə, 52 % britaniyalı ittifaqdan çıxmağın lehinə, 48 % isə əleyhinə səs veriblər.
Ümumilikdə Krallığın ittifaqdan çıxmasını istəyən insanlar 16,7 milyon səs həddini keçiblər. Bu isə o deməkdir ki, ittifaqda qalmağın tərəfdarları olanlar artıq onların səs faizinə çata bilməyəcək. Bununla da, Böyük Britaniya ittifaqda 43 il fasiləsiz qaldıqdan sonra Aİ-nı tərk edəcək.
///AzNews.az
OXŞAR XƏBƏRLƏR