Britaniya Baş naziri: Ukraynanı dəstəkləməyə davam edəcəyik

Britaniya Baş naziri: Ukraynanı dəstəkləməyə davam edəcəyik
DÜNYA
18:09 15.05.2023
155
Britaniyanın Baş naziri Rişi Sunak bu gün Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşüb.
 
O, Böyük Britaniyanın Ukraynanı və onun xalqını dəstəkləməkdə davam edəcəyini deyib. Baş nazir bildirib ki, Britaniya uzunmüddətli perspektiv üçün Ukraynanın yanındadır.

Ukrayna Prezidenti Vladimir Zelenski isə bu gün Britaniya Baş naziri Rişi Sunak ilə üzbəüz danışıqlardan sonra "qırıcıların koalisiyası"nı yaratmaq istədiyini deyib.

Vladimir Zelenski raketlərin Ukrayna üçün çox vacib mövzu olduğunu, çünki səmaya nəzarət edə bilmədiklərini deyib.

"Düşünürəm ki, ən yaxın zamanda vacib qərarlar eşidəcəksiniz, lakin biz bu mövzu üzərində bir az daha işləməliyik", - deyə o, qeyd edib.

Baş nazir Rişi Sunak bu məsələdə ukraynalı pilotlara Qərb qırıcılarından istifadə etmək üçün təlim keçməyə, kömək etməyə hazır olduğunu və tezliklə Böyük Britaniyada uçuş məktəbi açılacağını deyib.

"Downing Street”dən verilən açıqlamada bildirilib ki, ukraynalı pilotlar üçün uçuş təlimləri bu yay başlayacaq. Məktəb Ukraynaya F-16 reaktiv təyyarələri ilə təmin edilməsində kömək edən digər ölkələr və Böyük Britaniyanın səyləri ilə fəaliyyət göstərəcək.
 
///APA
OXŞAR XƏBƏRLƏR