Britaniya Belarusa yeni sanksiyalar tətbiq edib

Britaniya Belarusa yeni sanksiyalar tətbiq edib
DÜNYA
19:21 08.06.2023
209
Britaniya Rusiyanın Ukraynaya hücumunu dəstəkləməsi və asanlaşdırmasına görə Belarusa qarşı yeni sanksiyalar paketi elan edib.

O, cümlədən idxal qadağaları və internet təbliğatının qarşısının alınmasına yönəlmiş yeni tədbirlər də görülüb.

Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli deyib ki, yeni sanksiyalar paketi Rusiyanın müharibə səylərini fəal şəkildə asanlaşdıran və Ukraynanın ərazi bütövlüyünə məhəl qoymayan Prezident Aleksandr Lukaşenkoya və onun rejiminə iqtisadi təzyiqi gücləndirir.

Yeni paketə Belarusdan qızıl, sement, ağac və rezin idxalının qadağan edilməsi və Britaniyadan Belarusa əskinas və maşınların, habelə kimyəvi və bioloji silahların istehsalı üçün istifadə oluna biləcək malların, texnologiyaların və materialların ixracının qarşısının alınması daxildir.

Britaniya hökuməti həmçinin, Belarusun Böyük Britaniyanın maliyyə bazarlarına çıxışını daha da məhdudlaşdırmaqla Belarusun toplaya biləcəyi vəsaitləri azaldacaq.
 
///APA
OXŞAR XƏBƏRLƏR