"Rusiya quru əməliyyatlarını diqqətdə saxlayır”.
AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat məlumatında bildirilib.
"Mayın 30-31-də Severodonetsk şəhərinin küçələrində döyüşlər şiddətlənib. Rusiya qoşunları şəhər mərkəzinə yaxınlaşıb. Həmçinin Rusiya qoşunları şəhərin yarıdan çoxunu işğal ediblər. Rusiya Donbasdan kənarda infrastruktura qarşı uzaqmənzilli raket zərbələri endirməkdə davam edir”, - məlumatda qeyd olunub.