Britaniya kəşfiyyatı: Ukraynanın minalardan təmizlənməsi ən azı 10 il çəkəcək

Britaniya kəşfiyyatı: Ukraynanın minalardan təmizlənməsi ən azı 10 il çəkəcək
DÜNYA
19:40 17.04.2023
198
Ukraynanın minalardan təmizlənməsi ən azı 10 il çəkəcək.

Birləşmiş Krallığın hərbi kəşfiyyatının məlumatında belə qeyd edilib.

Bildirilib ki, müharibə başlayandan Ukraynada mülki vətəndaşlarla bağlı 750 mina insidenti baş verib və onların səkkizdə birində uşaqlar iştirak ediblər.

Məlumatda vurğulanıb ki, mülki itkilərlə nəticələnən mina insidentləri Ukraynada gündəlik baş verir. Əlavə olunub ki, yazın gəlişi və daha çox insanın kənd təsərrüfatı işlərinə cəlb olunması ilə bu itkilərin daha da artacağı gözlənilir.

Məlumatda mina probleminin daha əvvəl Rusiya işğalı altında olan Xarkov və Xerson regionlarında daha çox olduğu qeyd edilib.
 
///Apa
OXŞAR XƏBƏRLƏR