Britaniya kəşfiyyatı: "Yaxın günlərdə Kiyev ətrafında şiddətli döyüşlər başlaya bilər"

Britaniya kəşfiyyatı: "Yaxın günlərdə Kiyev ətrafında şiddətli döyüşlər başlaya bilər"
DÜNYA
11:43 31.03.2022
382
Yaxın günlərdə Kiyev ətrafında şiddətli döyüşlər başlaya bilər.

Bu məlumatı Britaniya Müdafiə Nazirliyi öz kəşfiyyatının məlumatlarına əsasən Twitter-də paylaşıb. Britaniya kəşfiyyatı rus ordusunun Kiyevin şərq və qərb istiqamətlərində mövqeləri əllərində saxladıqlarını bildirib. Kəşfiyyat hansı tərəfin ilk olaraq həmlə edəcəyini dəqiq şəkildə açıqlamayıb.

Rus ordusu Çerniqova raket zərbələri endirməkdə davam edir. Britaniya kəşfiyyatı tərəflərin İstanbul danışıqlarında razılıq əldə etmələrinə baxmayaraq rus silahlıların Çerniqovdan çəkilmədiklərini qeyd edib.

İngilislər Mariupoldakı son vəziyyət haqqında məlumat veriblər. Şəhərdə küçə döyüşləri davam edir. Ukrayna ordusu Mariupolun mərkəzi hissəsinə nəzarət etməkdə davam edir. 
 
///baku.ws
OXŞAR XƏBƏRLƏR