Britaniya mətbuatı: Türkiyənin beynəlxalq rolu artır

Britaniya mətbuatı: Türkiyənin beynəlxalq rolu artır
DÜNYA
11:54 13.06.2024
112
Öz təsirini qlobal miqyasda, xüsusən də öz regionunda daha çox hiss etdirən Türkiyə Şanxay Əməkdaşlıq Təşkilatına üzvlük məsələsini müzakirə edir.

AZXEBER.COM xəbər verir ki, Böyük Britaniyada fəaliyyət göstərən Middle East Eye nəşri "NATO, yoxsa Şanxay Əməkdaşlıq Təşkilatı? Ərdoğan hər ikisinin tərəfdarıdır" başlıqlı xəbərdə məsələyə yer verib.

Bildirilib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan həm Qərb, həm də Asiya aktorları ilə yeni əlaqələrin inkişaf etdirilməsi üçün yaxın həftələrdə keçiriləcək sammitlərdə iştirak edəcək.

Ərdoğan ilk olaraq İspaniyaya gedəcək. Daha sonra o, İtaliyada keçiriləcək G7 toplantısında iştirak edəcək.

O, Qazaxıstanda Şanxay Əməkdaşlıq Təşkilatının sammitində, Azərbaycanda Türk Dövlətləri Təşkilatının sammitində, daha sonra İngiltərədə Avropa Siyasi Birliyinin toplantısında iştirak edəcək.

"Ərdoğanın hazırkı səfər cədvəli Türkiyənin artan beynəlxalq rolunun ən bariz nümunəsidir”, - təhlildə deyilir. 

Ayşən
OXŞAR XƏBƏRLƏR