Britaniya müalicə üçün Qəzzadan 300 uşağı təxliyə etməyi planlaşdırır

Britaniya müalicə üçün Qəzzadan 300 uşağı təxliyə etməyi planlaşdırır
DÜNYA
11:44 03.08.2025
195
Böyük Britaniya hökuməti Qəzza zolağından 300-ə qədər ağır xəstə uşağı Britaniya xəstəxanalarında müalicə olunmaq üçün təxliyə etmək planları hazırlayır.

AZXEBER.COM Oxu.aza istinadən xəbər verir ki, mənbələrin məlumatına görə, proqramın təfərrüatı yaxın həftələrdə rəsmi olaraq açıqlanacaq.

Qəzzadan hər uşaq valideynlərindən və ya qəyyumlarından birinin müşayiəti ilə Britaniyaya çatdırılacaq.

Qeyd edək ki, 2023-cü ilin oktyabr ayından, Fələstin-İsrail münaqişəsinin şiddətlənməsindən sonra Qəzzadan yalnız üç uşağa Böyük Britaniyada müalicə üçün tibbi viza verilib.
OXŞAR XƏBƏRLƏR