Britaniya Rusiyanın bir sıra maliyyə təşkilatlarına sanksiya tətbiq edib

Britaniya Rusiyanın bir sıra maliyyə təşkilatlarına sanksiya tətbiq edib
DÜNYA
19:10 15.12.2023
214
Böyük Britaniya Rusiyanın bir sıra maliyyə təşkilatlarına sanksiya tətbiq edib.

Bu barədə Britaniya Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, "Rostec” korporasiyasının əsas bankı olan "Novikom” bankına qarşı sanksiyalar tətbiq edilib.

Həmçinin Rusiyanın daha 27 bankı "qara siyahı”ya əlavə olunub. Bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyinin saytında dərc edilmiş yenilənmiş qara siyahıda deyilir.
OXŞAR XƏBƏRLƏR