Böyük Britaniyanın Xarici İşlər Nazirliyi Rusiyanın bu ölkədəki hərbi attaşesi, polkovnik Maksim Yelovikin ölkədən çıxarılacağını açıqlayıb.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, qurumdan onun diplomatik statusunun ləğv olunacağı da bildirilib.
Qərarın səbəbləri barədə krallığın daxili işlər naziri Ceyms Kleverli danışıb. O deyib ki, buna səbəb Rusiyanın bütövlükdə Avropadakı pozuculuq fəaliyyətidir.