Britaniya şahzadəsi Qətər şeyxindən üç milyon avro alıb

Britaniya şahzadəsi Qətər şeyxindən üç milyon avro alıb
DÜNYA
20:50 27.06.2022
353
Uels şahzadəsi Çarlz 2007-2013-cü illərdə Qətərin baş naziri olmuş Şeyx Həməd bin Casim Əl Tanidən külli miqdarda nağd ianə qəbul etdiyi üçün tənqid edilib

AZXEBER.COM oxu.az-a istinadən xəbər verir ki, bildirilib ki, 2011-2015-ci illər arasında içərisində xeyriyyəçilik üçün nəzərdə tutulan 1 milyon avro nağd pul olan çantalar üç dəfə şəxsən Kraliça II Elizabetin oğluna verilib.

Şahzadənin rəsmi iqamətgahı onun bu məbləğləri aldığını təsdiqləyib. Qeyd olunub ki, pullar dərhal şahzadənin xeyriyyə təşkilatlarından birinə göndərilib və bütün lazımi prosedurlara əməl olunmasını təmin edilib.
OXŞAR XƏBƏRLƏR