Britaniya səfiri Kiyevə qayıdıb

Britaniya səfiri Kiyevə qayıdıb
DÜNYA
23:46 29.04.2022
427
Böyük Britaniyanın Ukraynadakı səfiri Melinda Simmons Kiyevə qayıtdığını açıqlayıb.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə səfir tviter hesabında bildirib.

"Uzun səfər idi, lakin buna dəyər. Kiyevə qayıtmaq çox gözəldir", - Simmons yazıb.

Bununla da səfirlik adi qaydada fəaliyyətini bərpa edib.

Səfirlik fevralın ortalarında boşaldılandan sonra Britaniya diplomatları Ukraynadakı mövcudluğunu davam etdiriblər. Nümayəndə heyəti Lvovda işləyirdi, lakin konsulluq xidməti göstərmirdi.
OXŞAR XƏBƏRLƏR