Britaniya səfirliyi: Azərbaycanın Ukraynaya dəstəyini alqışlayırıq

Britaniya səfirliyi: Azərbaycanın Ukraynaya dəstəyini alqışlayırıq
SİYASƏT
17:53 07.02.2025
359
Böyük Britaniyanın Bakıdakı səfirliyi Azərbaycanın Ukraynaya göstərdiyi dəstəyi və bu ölkəyə növbəti humanitar yük partiyasının göndərilməsini alqışlayıb.

Bu barədə səfirliyin sosial şəbəkələrdəki paylaşımında bildirilib.

"Azərbaycanın humanitar dəstək çərçivəsində Ukraynaya yardımın yeni partiyasını göndərməsini alqışlayırıq", - paylaşımda qeyd olunub.

Səfirlik vurğulayıb ki, Britaniya Ukraynanı dəstəkləməyə davam edəcək.
OXŞAR XƏBƏRLƏR