Britaniya Tayfun qırıcılarını “Şərq Keşikçiləri” əməliyyatına göndərəcək

Britaniya Tayfun qırıcılarını “Şərq Keşikçiləri” əməliyyatına göndərəcək
DÜNYA
03:22 16.09.2025
287
Böyük Britaniyanın Kral Hərbi Hava Qüvvələrinə məxsus Tayfun (Eurofighter Typhoon) qırıcıları NATO-nun şərq cinah hava məkanını qorumaq üçün "Şərq Keşikçiləri” əməliyyatında iştirak edəcək.
 
Bu haqda Böyük Britaniyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Linkolnşir qraflığındakı Koningsbi hərbi bazasında yerləşən qırıcıların yaxın günlərdə öz missiyalarına başlaması gözlənilir.

Nazirlik təyyarələrin əməliyyatda Danimarka, Fransa və Almaniya qırıcıları ilə birlikdə iştirak edəcəyini bildirib.
 
/APA
OXŞAR XƏBƏRLƏR