Britaniya Ukraynanın enerji infrastrukturuna yardımını sürətləndirir

Britaniya Ukraynanın enerji infrastrukturuna yardımını sürətləndirir
DÜNYA
18:37 10.10.2025
375
Böyük Britaniya Ukraynanın enerji infrastrukturunun bərpasına ayırdığı 42 milyon funt-sterlinqin Kiyevə ötürülməsi prosesini sürətləndirir.

Bunu Böyük Britaniyanın Avropa, Şimali Amerika və Britaniyanın xarici əraziləri üzrə dövlət naziri Stiven Dauti özünün "X” hesabında yazıb.

"Rusiyanın Ukraynanın enerji infrastrukturuna hücumlarından sonra milyonlarla ukraynalı oyanarkən su və elektrik enerjisi tapmayıb. Biz onların enerji infrastrukturunu bərpa etmək və qorumaq üçün 42 milyon funt-sterlinq məbləğində vəsaitin Ukraynaya çatdırılmasını sürətləndiririk. Biz Rusiyanın Ukraynanı soyuğa və qaranlığa qərq etməsinə imkan verməyəcəyik”, - britaniyalı nazir qeyd edib.
 
//Apa
OXŞAR XƏBƏRLƏR