Britaniya Ukraynaya 600 hərbçi göndərir

Britaniya Ukraynaya 600 hərbçi göndərir
DÜNYA
18:28 14.11.2021
292
Britaniyanın 600 nəfərdən ibarət xüsusi təyinatlı operativ qrupu Ukraynada xidmətə hazırlaşır.

Yayılan xəbərlərə görə, hərbçilərin bölgəyə göndərilməsində məqsəd Rusiyanın mümkün hərbi müdaxiləsinin qarşısını almaqdır.

Xüsusi dəstəyə kəşfiyyatçılar, tibb işçiləri, mühəndislər, rabitəçilər və 400 nəfərədək desantçılar daxildir. Sonuncuların 16-cı hava hücumu bölüyünün üzvləri olduğu bildirlir.
OXŞAR XƏBƏRLƏR