Britaniya və Misir liderləri Qəzza zolağındakı vəziyyəti müzakirə ediblər

Britaniya və Misir liderləri Qəzza zolağındakı vəziyyəti müzakirə ediblər
DÜNYA
19:00 12.10.2023
175
Böyük Britaniyanın Baş naziri Rişi Sunak Misir Prezidenti Əbdül Fəttah əs-Sisi ilə telefonla Qəzza zolağındakı vəziyyəti müzakirə edib.

Məlumatı "ahram” yayıb.

Bildirilib ki, tərəflər Qəzza zolağında və ətrafında gərginliyin azaldılmasına dair fikir mübadiləsi aparıblar. Məlumata görə, Sunak və Sisi HƏMAS-ın İsrailə hücumu nəticəsində yaranan humanirtar böhranın aradan qaldırılması ilə bağlı yollardan danışıblar. Əs-Sisi Qəzza zolağına, Fələstin xalqına humanitar yardımın göndərilməsinin davam etdirilməsinin vacibliyini vurğulayıb.
 
///Report
OXŞAR XƏBƏRLƏR