Britaniya və Polşa təhlükəsizlik sazişi imzalayacaq

Britaniya və Polşa təhlükəsizlik sazişi imzalayacaq
DÜNYA
22:50 20.10.2025
107
Böyük Britaniya və Polşa digər məsələlərlə yanaşı, Rusiyanı çəkindirmək üçün tədbirləri də əhatə edən ikitərəfli təhlükəsizlik sazişi bağlamağa yaxındırlar.

Bu barədə "The Times” məlumat yayıb.

Qəzetin məlumatına görə, Polşanın xarici işlər naziri Radoslav Sikorski Londonda britaniyalı həmkarı İvet Kuperlə görüşündə sazişin demək olar ki, hazır olduğunu açıqlayıb.

Saziş Rusiyanın qarşısını almaq üçün birgə tədbirləri, həmçinin insan alveri və qeyri-qanuni immiqrasiya ilə mübarizə üçün addımları əhatə edəcək.

Məlumatda atılacaq konkret addımlar açıqlanmayıb.
 
/APA
OXŞAR XƏBƏRLƏR