Britaniya vətəndaşlarını İranı tərk etməyə çağırdı

Britaniya vətəndaşlarını İranı tərk etməyə çağırdı
DÜNYA
15:17 27.12.2022
241
 
Britaniya parlamentinin İcmalar Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Alisiya Kirns İrandakı Britaniya vətəndaşlarını ölkəni tərk etməyə çağırıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, İran İnqilab Keşikçiləri Ordusu tərəfindən 7 İran-Britaniya vətəndaşının həbsindən sonra Böyük Britaniyadan yeni addım gəlib.

Britaniya parlamentinin İcmalar Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Alisiya Kirns həbslərdən sonra İranda olan Britaniya vətəndaşlarına müraciət edərək onları ölkəni tərk etməyə çağırıb. Kearns deyib ki, İran xarici vətəndaşlardan və ikili vətəndaşlardan siyasi məqsədlər üçün istifadə etməyə çalışır.

"Mən İranda Qərbdən olan hər kəsə bacardıqca təhlükəsiz şəkildə getməyi tövsiyə edərdim.
 
İran İnqilab Keşikçiləri Ordusundan verilən yazılı açıqlamada sözügedən şəxslərin İngiltərə mərkəzli "Zaqros” təşkilatının üzvləri olduğu və Mahsa Əmini etirazlarında iştiraka çağırış edə rək etirazlara rəhbərlik etdikləri bildirilib. Açıqlamada bildirilir ki, "Ölkədə fəaliyyət göstərən, ölkədəki rejim əleyhinə qruplardan istifadə edərək İranda üsyan və üsyanları qızışdıran və bu istiqamətdə mütəşəkkil fəaliyyətlə məşğul olan "Zaqros” adlı təşkilat aşkarlanıb.

Əməliyyatı İran İnqilab Keşikçiləri Ordusunun Kirman Kəşfiyyat Bölməsi həyata keçirib.Təşkilatın daxili və xarici əlaqələrinin müəyyənləşdirilməsi ilə bağlı araşdırmalar davam edir”.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR