Britaniya XİN başçısı İran və İsraili təmkinli olmağa çağırıb

Britaniya XİN başçısı İran və İsraili təmkinli olmağa çağırıb
DÜNYA
16:46 14.06.2025
316

Böyük Britaniya İsrail və İran arasındakı münaqişə çərçivəsində gecə ərzində endirilən hava zərbələrindən narahatlığını ifadə edib.

AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, bu barədə Britaniyanın xarici işlər naziri Devid Lemmi bildirib.

"Mən Yaxın Şərqdə dünən gecə baş verən yeni zərbələrdən, həmçinin İsraildə ölən və yaralananlarla bağlı xəbərlərdən narahatam”, - o qeyd edib.

XİN başçısı eskalasiyanın dərhal dayandırılmasının və mülki əhali arasında daha çox əzab yaşanmasının qarşısının alınmasının vacibliyini vurğulayıb.

Lemmi həmçinin bildirib ki, İranın xarici işlər naziri Abbas Əraqçi ilə telefon danışığı olub və onu təmkinli olmağa çağırıb.
OXŞAR XƏBƏRLƏR