Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi Rusiya Prezidenti Vladimir Putinin bu günə qədər Ukrayna ilə bağlı sülh danışıqlarına ciddi yanaşmadığını bildirib.
Lemmi bu fikri "The Guardian" qəzetinə verdiyi müsahibəsində deyib.
"Putin hələ də ciddi danışıqlara hazır deyil. Onun maksimumist və imperialist ambisiyaları davam edir. Ukraynanın Britaniya, Avropa və ABŞ-ın dəstəyi ilə apardığı mübarizə son dərəcə ağırdır”, – deyə diplomat vurğulayıb.
/APA