Britaniyada Baş nazir vəzifəsinə namizəd vergi islahatları keçirəcəyini bəyan etdi

Britaniyada Baş nazir vəzifəsinə namizəd vergi islahatları keçirəcəyini bəyan etdi
DÜNYA
20:14 01.08.2022
459
Böyük Britaniyanın Baş naziri vəzifəsinə namizəd Rişi Sunak vergi sistemində islahatlar aparmaq və gəlir vergisində son 30 ilin ən böyük azalmasını həyata keçirmək niyyətində olduğunu bəyan edib.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə o, tviterdə yazıb.

"Bu gün radikal vergi islahatları, o cümlədən gəlir vergisinin son 30 ildə ən böyük azalması ilə bağlı baxışlarımı açıqladım”, - o yazıb.

R.Sunak bildirib ki, Baş nazir vəzifəsinə seçiləcəyi təqdirdə islahatları 3 il ərzində həyata keçirməyi planlaşdırır.
OXŞAR XƏBƏRLƏR