Böyük Britaniyada son sutka ərzində 8 523 nəfərin yeni növ koronavirus infeksiyasına yoluxması təsdiq edilib.
Bu barədə ölkənin Səhiyyə nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, virus testi müsbət çıxan 345 nəfər isə ölüb.
Bundan əvvəl, 9 985 nəfərdə infeksiya aşkarlanıb, 323 pasiyent isə dünyasını dəyişib.
Ümumilikdə ölkə üzrə 4,1 milyon nəfərin koronavirusa yoluxması faktı müəyyən edilib. Onlardan 122 415-i vəfat edib.
///Report