Britaniyada Fələstin tərəfdarları Kembric Universitetinin binasına qırmızı boya atıblar

Britaniyada Fələstin tərəfdarları Kembric Universitetinin binasına qırmızı boya atıblar
DÜNYA
18:39 22.06.2024
181
Böyük Britaniyada Fələstin tərəfdarları Kembric Universitetinin binasına qırmızı boya atıblar.

Bu barədə "Palestine Action" hərəkatının saytında yayılan press-relizdə deyilir.

"Etirazçılar Kembric Universitetinin tarixi Senat Evinə qırmızı boya atıblar”, - məlumatda bildirilir.

Buna səbəb 1917-ci ildə sionizmə dost münasibəti barədə bəyanat verən Böyük Britaniyanın keçmiş baş naziri Lord Artur Balfurun məhz bu binada məzun olması olub.

Fəallar, həmçinin Kembric Universitetini Qəzza zolağındakı döyüşləri maliyyələşdirməkdə ittiham edirlər.
OXŞAR XƏBƏRLƏR