Britaniyada "Google" məhkəməyə VERİLDİ

Britaniyada "Google" məhkəməyə VERİLDİ
DÜNYA
20:13 16.04.2025
722
Böyük Britaniyada Amerikanın "Google” şirkəti məhkəməyə verilib. Kollektiv iddia ərizəsində şirkətin 5 milyard funt sterlinq (təxminən 11,2 milyard AZN -red ) məbləğində təzminat ödəməsi tələb olunur.

AZXEBER.COM "Unikal"a istinadən xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri Rəqabət məsələləri üzrə Apelyasiya Məhkəməsinə (Britaniya) daxil olan iş materiallarına istinadən məlumat yayıb

Məlumata görə, kollektiv iddia ərizəsinə əsasən, "Google "şirkəti öz inhisarçı mövqeyini möhkəmləndirmək məqsədilə öz mövqeyindən suistifadə etməklə rəqib axtarış sistemlərinin fəaliyyətini məhdudlaşdırır.

Ərizədə o da qeyd olunur ki, şirkət "Google”un "Safari” brauzerində əsas axtarış mühərriki qalması üçün "Apple” şirkətinə milyardlarla dollar pul ödəyib.

OXŞAR XƏBƏRLƏR