Britaniyada istilər səbəbindən yeddi nəfər suda boğulub

Britaniyada istilər səbəbindən yeddi nəfər suda boğulub
DÜNYA
03:38 29.06.2026
195
Böyük Britaniyada həftəsonu anomal istilər səbəbindən iki nəfər - 15 yaşlı oğlan və 55 yaşlı qadın ölüb.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, cəmi bir həftə ərzində yeddi nəfər su hövzələrində boğulub.

Qəzet bildirib ki, Böyük Mançesterdəki Kovberi su anbarında üzən yeniyetmə itkin düşüb. Polis daha sonra onun cəsədini tapıb. Elə həmin gün bir qadın Qərbi Midlendsdəki bir kənd parkındakı hovuzda üzərkən boğulub.

Son günlərdə 13 və 15 yaşlarında iki yeniyetmə və 22-69 yaşlarında üç kişi də göllərdə, çaylarda və dənizdə üzərkən boğulub.
OXŞAR XƏBƏRLƏR